Woltun velosipedçisi Dihajın anasını vurub Foto | Icma.az
Icma.az, Axsham.az saytına istinadən bildirir. "Avroviziya" təmsilçilərimizdən olan Diana Hacıyeva (Dihaj) "Wolt"dan şikayət edib.
Axşam.az xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə məlumat yayıb.
İfaçı "Wolt" şirkətinin velosipedçisinin onun anasını vurduğunu bildirib: "Dünən "Wolt"un velosiped sürücüsü saat 14:55-də anamı vurub.
Velosipedçi səki ilə sürürdü, anam isə işıqforda piyada zolağının üstündə dayanmışdı. Sürücü anamın kürəyinə çırpılıb və o yerə yıxılıb.
Anamın başı yerə dəyib. Hətta ayaqqabısı ayağından çıxıb. Velosipedçi onun ayaqqabısını geyindirib, üzr istəyib və gedib. İndi anam axsayır!
Bu, iyrəncdir". Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu