“Wolt”un velosipedçisi müğənninin anasını vurdu

16.11.2024

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avroviziya təmsilçimiz Dihaj "Wolt"dan şikayət edib.

News24.az Milli.Az-a istinadla xəbər verir ki, müğənni bu barədə öz sosial şəbəkə hesabında paylaşıb.

İfaçı "Wolt" şirkətinin velosipedçisinin onun anasını vurduğunu bildirib:

"Dünən "Wolt"un velosiped sürücüsü saat 14:55-də anamı vurub. Velosipedçi səki ilə sürürdü, anam isə işıqforda piyada zolağının üstündə dayanmışdı. Sürücü anamın kürəyinə çırpılıb və o yerə yıxılıb. Anamın başı yerə dəyib. Hətta ayaqqabısı ayağından çıxıb. Velosipedçi onun ayaqqabısını geyindirib, üzr istəyib və gedib. İndi anam axsayır! Bu, iyrəncdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью