Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Word” süni intellektə görə faydalı funksiyasını itirdi “Microsoft” korparasiyası “Word” mətn redaktorundan intelektual axtarış funksiyasını sakitcə sildi.
Oxuməni.az “Digital Trends” nəşrinə istinadən xəbər verir. İntelektual axtarış (Smart Lookup) seçimi 2016-cı ildən “Microsoft Word” redaktor
İnternetdən müxtəlif söz və terminlər haqqında məlumat toplayaraq tərif və təsvirlərini tapmağa imkan verirdi.
Onu istifadə etmək üçün sözü seçmək, siçanın sağ düyməsini sıxmaq və açılan menyudan “Axtarış”ı seçmək lazım idi.
“Digital Trends” jurnalistləri qeyd ediblər ki, “Word” proqramının yeni versiyalarında faydalı funksiya itib.
Üstəlik, “Microsoft” istifadəçiləri gizli şəkildə bu seçimdən məhrum etdi - 2025-ci il yanvarın 1-dən etibarən “Smart Lookup”un dayandırılması barədə bildiriş yalnız “Microoft 365” xidmətinin dəstək səhifəsinə daxil olduqda görünə bilər.
Media mütəxəssisləri hesab edirlər ki, funksiya süni intellekt (AI) səbəbindən söndürülüb.