“World Boxing”in prezidenti Bakıya səfər edib

16.02.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 16 fevral, AZƏRTAC

“World Boxing”in prezidenti, eyni zamanda Qazaxıstan Milli Olimpiya Komitəsinin rəhbəri olan Gennadi Qolovkin Bakıya səfər edib.

AZƏRTAC xəbər verir ki, o, paytaxtda Dünya Güləş Birliyinin (UWW) və Beynəlxalq Qrepplinq Assosiasiyaları Birliyinin (AIGA) təşkilatçılığı ilə keçirilən qrepplinq turnirinin açılış mərasimində fəxri qonaq qismində iştirak edib.

Qolovkin öz çıxışında turnirin əhəmiyyətini vurğulayıb, həmçinin qazaxıstanlı idmançı Bekzat Kapasovun görüşünü tribunadan izləyib və həmyerlilərinə dəstək nümayiş etdirib.

Tədbirin sonunda qonağa ənənəvi Azərbaycan xalçası hədiyyə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью