WP: ABŞ aviasiya tənzimləyicisi modernləşdirmə səbəbindən pozuntular riski barədə xəbərdarlıq alıb

15.11.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 15 noyabr, AZƏRTAC

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) milli hava hərəkətinin idarə edilməsi sisteminin sürətləndirilmiş modernləşdirilməsi zamanı potensial texniki nasazlıqlar barədə dəfələrlə xəbərdarlıq alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti hökumət hesabatlarına istinadən bildirib.

Nəşrin məlumatına görə, ABŞ rəsmiləri köhnəlmiş aviasiya infrastrukturunu tez bir zamanda yeniləmək cəhdləri ilə bağlı risklər barədə əvvəlcədən məlumatlandırılıblar. Nəşrdə deyilir: “Amerikanın aviasiya tənzimləyicisi rəsmilərinə dəfələrlə xəbərdarlıq edilib ki, ölkənin hava nəqliyyatına nəzarət sisteminin sürətlə modernləşdirilməsinə tələsmək onun sıradan çıxmasına səbəb ola bilər”.

Qəzet qeyd edir ki, sentyabr ayında hökumətin nəzarət orqanı seçilmiş avadanlıqların dəyişdirilməsi üsullarının potensial nəticələrini izah edən hesabat dərc etmişdi. Sənəddə xəbərdarlıq olunurdu ki, bu cür işlər uçuşların müvəqqəti dayandırılması da daxil olmaqla, ciddi texniki problemlərə səbəb ola bilər.

Daha əvvəl “FlightAware” portalı ABŞ-da 8500-dən çox aviareysin təxirə salındığını bildirmişdi.

Bundan əlavə, ABŞ-nin nəqliyyat katibi Şon Daffi bildirib ki, Amerika hava limanlarında geniş yayılmış nasazlıqların səbəbi köhnəlmiş elektrik naqillərinin dəyişdirilməsi cəhdidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью