WP: “ABŞ Avropanı “ofsaydd”a saxlayır”

25.11.2025

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, avropalı diplomata istinad edən “The Washington Post (WP)” nəşri belə məlumat yayıb. Onun sözlərinə görə, ABŞ və Ukrayna arasında danışıqların hazırkı mərhələsində “müəmmalıq hissi” var.
“Biz bu danışıqlarda iştirak etmirik. Biz danışıqlara girməyə çalışırıq, lakin hazırda amerikalılar bundan imtina edirlər. Avropa rəsmilər “strukturlaşdırılmış yanaşma” istəyərdilər. Belədə diplomatlar bir yerdə oturaraq, bir araya toplaşaraq “ChatGPT”-də yazılan kimi yox, diplomatiya kimi səslənən nəsə yarada bilərdilər”, - avropalı diplomat deyib.
Ağ Ev: “Kiyev Vaşinqtonun planı ilə razılaşıb” Fransa prezidenti Emmanuel Makron, öz növbəsində, ABŞ-nin planını düzgün istiqamətdə atılmış addım kimi qiymətləndirsə də, onun daha da təkmilləşdirmə tələb etdiyini bildirib.
- ABŞ-nin təklif etdiyi plan düzgün istiqamətdə, sülhə doğru addımdır. Bununla belə, orada müzakirə olunmalı və təkmilləşdirilməli elementlər var. Planın əsasında ABŞ-nin Rusiya ilə danışıqlar nəticəsində yenidən sülhə nail olmaq cəhdi dayanır. Amma Ukraynanın ərazi, dil, konstitusiya və sairlə bağlı hansı dəyişikliklərə getməyə hazır olduğunu bildirməlidir”, - Makron deyib.
Xatırladaq ki, noyabrın 23-də ABŞ və Ukrayna nümayəndələri Cenevrədə Vaşinqtonun “sülh planı” ilə bağlı məsləhətləşmələr aparıblar. Ağ Ev bu danışıqlardan sonra Kiyevin Vaşinqtonun “sülh planı” ilə razılaşdığını açıqlayıb.
“CBS News” telekanalı isə, ABŞ-nin Ordu naziri Deniel Driskollun Vaşinqtonun “sülh planı”nı müzakirə etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə artıq Rusiya nümayəndələri ilə görüşdüyü barədə məlumat yayıb.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью