Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"The Washington Post" (WP) qəzeti Avropa ölkələrindən iki rəsmi nümayəndəyə istinadən yazır ki, ABŞ-dən müvafiq sorğu dünən göndərilib. Mənbələrin verdikləri məlumata əsasən, Prezident Donald Tramp İrandakı nüvə obyektlərindən ziyadə aksiya iştirakçılarının qətlində məsul sayılan qüvvələri hədəfə almaq niyyətindədir:
"Əlbəttə, "Pentaqon" İranın mümkün cavab tədbirlərindən də narahatdır. Çünki Venesuela məsələsi fonunda Vaşinqtonun Yaxın Şərqdə genişmiqyaslı hərbi əməliyyata başlamaq üçün lazımi resursları yoxdur".
Erməni mütəxəssis: "İranda aksiyalar rejimi dəyişdirməyəcək" | VİDEO
Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında əsasən inflyasiyanın kəskin artmasına, rialın dəyərdən düşməsinə etiraz məqsədilə kütləvi aksiyalar başlayıb. Nümayişləri əvvəla paytaxt Tehran şəhərində mağaza sahibləri qığılcımlandırıb, ardınca onlara tələbələr də qoşulublar. Etiraz dalğası tezliklə bütün ölkəyə - 31 əyalətdən 27-sinə, ümumilikdə 92 şəhərə yayılıb. Britaniyada fəaliyyət göstərən farsdilli "Iran International" telekanalının öz mənbələrinə istinadən yaydığı məlumata əsasən, son günlərdə hökumət tərəfindən ən azı 12 min nəfər aksiya iştirakçısı qətlə yetirilib: "Bu, ölkənin müasir tarixində ən böyük qırğındır".
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. "Əlbəttə, "Pentaqon" İranın mümkün cavab tədbirlərindən də narahatdır. Çünki Venesuela məsələsi fonunda Vaşinqtonun Yaxın Şərqdə genişmiqyaslı hərbi əməliyyata başlamaq üçün lazımi resursları yoxdur".