Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
AzVision.az xəbər verir ki, “Washinqton Post (WP)” nəşrinin yazdığına görə, əgər ABŞ İsrailin əməliyyatlarına qoşularsa, İranın zərbələri Yaxın Şərqdəki digər ABŞ bazalarını, həmçinin Vaşinqtonun regiondakı diplomatik nümayəndəliklərini də hədəfə ala bilər.
“Təhlükə, həmçinin Tehranı dəstəkləyən radikal islamçı qruplaşmalardan da gələ bilər”, - qəzet vurğulayır.
Qətərin Xarici İşlər nazirliyi ölkənin əmiri Şeyx Təmim bin Həməd Al Taninin İran hakimiyyətindən məktub aldığını bildirsə də, məktubun məzmununu açıqlamayıb. Qətər ABŞ Hərbi Hava qüvvələrinin (HHQ) Yaxın Şərqdəki ən böyük bazası olan Əl-Udeyd bazasına ev sahibliyi edir və burada 10 minə qədər amerikalı əsgər yerləşir.
Amerika İrana nüvə zərbəsi endirəcəkmi? | VİDEO Bundan əvvəl Tehran Yaxın Şərqdə ABŞ-nin ən azı on hərbi obyektinin İranın raket sistemlərinin əhatə dairəsində olduğunu bildirmişdi. Bu baxımdan, Bəhreyn, İordaniya, İraq, Qətər, Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Oman, Suriya və Türkiyədəki bazalar potensial hücuma məruz qala bilər.
Qeyd edək ki, bəzi KİV-lər ABŞ prezidenti Donald Trampın İrana hücum planlarını özəl olaraq təsdiqlədiyini yazıb. Amerikalı jurnalsit-tədqiqatçı Seymur Xerş də ABŞ-nin artıq bu həftəsonu Fordo nüvə obyektini vura biləcəyini istisna etməyib.
Halbuki, bundan əvvəl Trampın ABŞ-nin İranın nüvə obyektinə zərbə endirməsinin effektivliyinə şübhə ilə yanaşdığı bildirilirdi.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. “Təhlükə, həmçinin Tehranı dəstəkləyən radikal islamçı qruplaşmalardan da gələ bilər”, - qəzet vurğulayır.