Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AzVision.az xəbər verir ki, “The Washington Post (WP)” Ağ Ev rəhbərinin bəyanatının Moskva ilə münasibətlərdə “qırmızı ayırıcı xətt” çəkdiyini iddia edir. Çünki bundan əvvəl Ameriak lideri Ukraynanı sülhün əvəzi kimi bəzi ərazilərdən imtina etməyə çağırmışdı.
“Respublikaçının bəyanatları heç də həmişə real strategiyaya çevrilmir və buna görə də Ukrayna tərəfi Ağ Evdən növbəti konkret addımlar gözləyir”, - qəzetdə dərc olunan materialda deyilir.
Bu baxımdan, Kiyevi iki əsas sualaın “bu nə deməkdir?” və “bu nə vaxta qədər davam edəcək?” cavabı düşündürür. Yəni Trampın yeni “qırmızı xətti” əslində real fəaliyyətlə – həm hərbi, həm də iqtisadi – dəstəklənəcəkmi və qarşıdurma davam edərsə, ABŞ və NATO Moskva ilə münasibətləri nə dərəcədə gərginləşdirməyə hazırdır?
Tramp Zelenskini təəccübləndirib Xatırladaq ki, sentyabrın 23-də Zelenski ilə mətbuat konfransı zamanı Tramp həmçinin NATO ölkələrinin hava məkanını pozduqları təqdirdə Rusiya təyyarələrinin vurulması perspektivi ilə razılaşdığını açıqlayıb.
Trampın bəyanatına münasibət bildirən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra respublikaçının “bir daha alternativ reallıqda olduğunu” , lakin tezliklə ritorikasını və baxış bucağını əksinə dəyişəcəyini iddia edib.
- Əsas odur ki, müxtəlif məsələlərə baxışınızı daha tez-tez kökündən dəyişdirin və hər şey yaxşı olacaq. Sosial media vasitəsilə uğurlu dövlət idarəçiliyinin mahiyyəti budur”, - rusiyalı məmur deyib.
“The Telegraph” nəşrinin yazdığına görə isə, Donald Trampın sözügedən bəyanatı onun Ukraynadakı müharibə məsələsində “əllərini yuduğunu” deməyə əsas verir.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. “Respublikaçının bəyanatları heç də həmişə real strategiyaya çevrilmir və buna görə də Ukrayna tərəfi Ağ Evdən növbəti konkret addımlar gözləyir”, - qəzetdə dərc olunan materialda deyilir.