Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Panamerika Səhiyyə Təşkilatı (PST) ABŞ-ni qızılcanın endemik ötürülməsinin ləğv edildiyi ölkə statusundan məhrum edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5,4 mindən çox qızılcaya yoluxma halı qeydə alınıb ki, bu da son bir neçə onillikdə ən yüksək göstəricidir. Təkcə noyabr ayında Pensilvaniya, Nyu-York və Viskonsin ştatlarında bir-biri ilə əlaqəli olmayan xəstəlik alovlanmaları nəticəsində beş nəfər ölüb ölüb.
ABŞ genişmiqyaslı peyvəndləmə kampaniyaları sayəsində 2000-ci ildə qızılcanı ləğv etmiş ölkə statusunu alıb. Lakin son altı il ərzində uşaq bağçalarına gedən, qızılca, parotit və məxmərəyə qarşı peyvənd olunmuş uşaqların payı 95,2%-dən 92,4%-ə qədər azalıb.
Statusun bərpa olunması üçün Birləşmiş Ştatlar ən azı 12 ay ərzində virusun davamlı ötürülməsinin dayandırılmasına nail olmalıdır. Qəzetin qeyd etdiyi kimi, bunun üçün illər tələb oluna bilər.