Azvision saytına istinadən Icma.az xəbər verir.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The Wall Street Journal (WSJ)” nəşrinin məlumatına görə, ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper gərginliyin daha da artmasının qarşısını almaq üçün hər iki tərəflə gündəlik danışıqlar aparır.
“Bundan başqa, ABŞ-nin vitse-prezidenti Cey Di Vens Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ilə danışıb və onu kürdlərlə fikir ayrılıqlarını həll etməyə inandırmağa çalışıb. Danışıqlar zamanı ABŞ rəsmiləri Dəməşqin daha geniş hücuma keçəcəyi təqdirdə Suriya hökumətinə qarşı sanksiyaları bərpa edəcəkləri ilə hədələyiblər”, - qəzet yazır.
Suriyanın şimalında vəziyyət yanvarın 6-da gərginləşib. Hələbdə hökumət qüvvələri ilə kürd koalisiyası arasında baş verən atışmalarda 24 nəfər ölüb, 129 isə nəfər yaralanıb.
Suriya hakimiyyəti hərbi eskalasiyanın son raundunda kürdlərin rəhbərlik etdiyi SDQ-ni günahlandırıb. Lakin şəhərin atəşə tutulmasında iştirakını inkar edən SDQ problemin sülh yolu ilə həlli yolunu tapmaq üçün Dəməşqlə dialoqu bərpa etməyə çağırıblar.
Nəticədə yanvarın 10-da kürdlərin yaşadığı ərazilərdən dinc əhalinin və silahlıların təhlükəsiz təxliyəsini təmin edən atəşkəs razılaşması əldə olunub.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. “Bundan başqa, ABŞ-nin vitse-prezidenti Cey Di Vens Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ilə danışıb və onu kürdlərlə fikir ayrılıqlarını həll etməyə inandırmağa çalışıb. Danışıqlar zamanı ABŞ rəsmiləri Dəməşqin daha geniş hücuma keçəcəyi təqdirdə Suriya hökumətinə qarşı sanksiyaları bərpa edəcəkləri ilə hədələyiblər”, - qəzet yazır.