WSJ: Əsədin ailəsi Rusiyaya qaçdı | Icma.az
Oxumeni.az saytına istinadən Icma.az xəbər verir. WSJ: Əsədin ailəsi Rusiyaya qaçdı Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı və üç uşağı
Bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Bəşər Əsədin həyat yoldaşı və üç övladı keçən həftə üsyançıların paytaxta doğru sürətlə irəliləməsindən sonra Dəməşqdən Moskvaya yola düşüb.
Suriya təhlükəsizlik qüvvələri və ərəb rəsmiləri nəşrə bildiriblər ki, Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd və üç övladı Rusiyaya, Əsma qardaşlarından ikisi isə Birləşmiş Ərəb Əmirliklərinə gedib.
Nəşrin məlumatına görə, Əsədin özü hələlik Suriyadadır. “The Telegraph” yazır ki, Misir və İordaniya rəsmiləri Əsədi də ölkəni tərk etməyə ç
Bəşər Əsədin ailəsinin Rusiyaya köçməsi Suriya hökumətinə təzyiqlərin artdığını göstərir.
O, həmçinin üsyançı qüvvələrin, xüsusən də paytaxta yaxın olan əsas bölgələrdə artan üstünlüyünü vurğulayır.
“Həyat Təhrir əl-Şam” hərbi müxalif qruplaşmasının rəhbərlik etdiyi üsyançılar artıq paytaxtın 100 kilometr cənubunda yerləşən Dəraa şəhərini ələ keçirib.
Tam oxu
Xəbəri oxu