WSJ: “Hindistan sərhədlərini möhkəmləndirir”

25.12.2025

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AzVision.az xəbər verir ki, “The Wall Street Journal (WSJ)” nəşrinin məlumatına görə, uzun müddətdir davam edən rəqibi ilə gələcəkdə mümkün toqquşmaya hazırlaşan Hindistan indi Himalay dağlarında yollar, tunellər və uçuş zolaqları tikir.
“Bu sanki işğal olacağı tərzdə, Çinin ayaqları altına qırmızı xalça sərildiyinə bənzəyərdi. Maraqlıdır ki, əvvəllər Hindistan hakimiyyəti sərhədə yaxın yolların tikintisinə hərbi təhlükə kimi baxırdı”, - Amerikanın “Stimson Center” analitik mərkəzinin baş elmi işçisi Deniel Marki deyib.
Xatırladaq ki, 2020-ci ilin iyun ayında Hind-Çin sərhədinin mübahisəli hissəsində yerləşən Qalvan vadisində müasir tarixdə ən böyük sərhəd toqquşması baş verib.
Dəyənəklərlə silahlanmış Hindistan və Çin sərhədçilərinin əlbəyaxa döyüşə girməsi nəticəsində 20 hindistanlı və 4 çinli həlak olub.
2022-ci ilin dekabrında Hindistanın Arunaçal-Pradeş əyalətinin Tavanq rayonunda yaşanan daha bir toqquşmada hər iki tərəfdən bir neçə əsgər yüngül xəsarət alıb.
2024-cü ilin oktyabrında aparılan danışıqlardan sonra tərəflər silahlı qüvvələrin ayrılması və Himalay dağlarında sərhəd patrullarının bərpası ilə bağlı razılığa gəliblər.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью