WSJ: İran niyə Əsədin köməyinə gəlmədi?

09.12.2024

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran üsyançılara qarşı mübarizədə Suriyanın keçmiş prezidenti Bəşər Əsədi dəstəkləməyib. Çox böyük ehtimalla İsrailin cavabından ehtiyat edib.
Bizim.Media xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti mənbələrə istinadən yazıb.
“İran rəsmiləri Əsədi üsyançıların hücumuna hazırlaşmamaqda günahlandırıb və bildiriblər ki, onlar İsrailə görə hərbçi göndərə bilmirlər”, - deyə mənbə bildirib.
Suriya rəsmilərinin sözlərinə görə, İran yardım göstərmək əvəzinə İslam İnqilabı Keşikçiləri Korpusuna və onunla əlaqəli silahlı qruplara döyüşlərə müdaxilə etməməyi əmr edib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью