WSJ: OpenAI planlaşdırdığı 30 milyard dollar əvəzinə 11 milyard dollar investisiya cəlb edib

01.11.2026

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

“ChatGPT”nin yaradıcısı olan “OpenAI” şirkəti birjaya çıxmazdan əvvəlki yeni investisiya mərhələsində planlaşdırdığı 30 milyard dolların yalnız 11 milyard dollarını cəlb edə bilib.

“The Wall Street Journal” nəşrinin məlumatına görə, investisiyaların gözləniləndən az olması süni intellekt sektoruna marağın zəifləməsi və investorların daha ehtiyatlı davranması ilə əlaqələndirilir.

Nəşrin mənbələri bildiriblər ki, şirkət növbəti maliyyələşdirmə mərhələsində əlavə 20 milyard dollar cəlb etməyi planlaşdırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью