Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin İranla birbaşa təmasları bərpa etmək cəhdlərinə etiraz etmir.
Bakıvaxtı.az "The Wall Street Journal"a (WSJ) istinadən xəbər verir ki, Tramp bu mövqeyini son günlərdə Ağ Evdə keçirilən qapalı görüşlərdə müşavirlərinə çatdırıb.
Qəzet iddia edir ki, vitse-prezident Vens hələ oktyabr ayında İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Mövsün Rızaiyə məktub göndərərək birbaşa görüş təklif edib. Məktubda münaqişənin diplomatik yolla həlli yollarının müzakirəsi təklif olunub.
Tərəflər arasında hələlik konkret razılaşma əldə edilməsə də, vasitəçilər vasitəsilə təmasların davam etdiyi bildirilir.
Əgər Vens və İran rəsmisi görüşməyə razılaşsa, növbəti mərhələnin Qətərin paytaxtı Dohada keçirilməsi nəzərdə tutulur.
Gülşən Şərif