WSJ: Tramp İranla müharibəyə son qoymağa hazırdır

31.03.2026

Icma.az, Olke.az saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp İrana qarşı əməliyyatı dayandırmağa və Hörmüz boğazını gəmiçilik üçün bağlamağa hazırdır.

Ölkə.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən bildirib.

Qəzetin mənbələrinə görə, son günlərdə Donald Tramp və müşavirləri belə bir nəticəyə gəliblər ki, boğazın açılması cəhdi münaqişənin müddətini daha da artıracaq.

ABŞ prezidenti qərara gəlib ki, Vaşinqton əsas məqsədlərinə - İranın donanmasını və raket ehtiyatlarını zəiflətməyə nail olmalı və sonra Tehrana diplomatik təzyiq göstərərək münaqişəyə son qoymalıdır.

Mənbələrə görə, Tramp Avropa və Fars körfəzindəki müttəfiqlərindən Hörmüz boğazının açılması üçün təşəbbüs göstərmələrini tələb etmək niyyətindədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью