Icma.az bildirir, Azvision portalına istinadən.
AzVision.az xəbər verir ki, İstanbul danışıqlarının Ukrayna PUA-larının Rusiya aerodromlarına hücumunun səhəri günü baş tutduğuna diqqət çəkən “WSJ” nəşri ABŞ-nin iştirakı ilə nizamlanma perspektivlərinin getdikcə zəifləməsi fonunda hər iki tərəfin gərginliyə meylli olduğunu vurğulayır.
“Görüş cəmi bir saat davam etdi, nəticədə məhbus mübadiləsindən başqa bir şey olmadı. Səngimək əvəzinə, Trampın minimal müqaviməti fonunda, 40 aylıq müharibə daha da qzışır”, - materialda deyilir.
Zelenski Qərbin və Rusiyanın silahlarını müqayisə edib - VİDEO Jurnalistlər indiki şəraitdə ABŞ prezidenti Donald Trampın hansı mövqe tutacağının bəlli olmadığını yazırlar. Lakin, onların fikrincə, Rusiya lideri Vladimir Putin Ağ Ev rəhbərinin Ukraynanın tərəfini tutmaqdansa, danışıqlar prosesindən geri çəkiləcəyini gözləyir.
Xatırladaq ki, dünən İstanbulda Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların ikinci raundu keçirilib. Cəmi bir saatdan çox davam edən görüşdə tərəflər bir-birinin təklif etdiyi atəşkəs memorandumunu müzakirə edib və əsirlərin mübadiləsi barədə razılığa gəliblər.
Bununla belə, Kiyevin “quruda, səmada və dənizdə qeyd-şərtsiz davamlı atəşkəs” təklifinə razılaşmayan Moskva cəsədlərin çıxarılması üçün cəbhənin bəzi hissələrində 2-3 günlük atəşkəs təklifini irəli sürüb. Lakin, öz növbəsində, Ukrayna da bu təklifi qəbul etməyib.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. “Görüş cəmi bir saat davam etdi, nəticədə məhbus mübadiləsindən başqa bir şey olmadı. Səngimək əvəzinə, Trampın minimal müqaviməti fonunda, 40 aylıq müharibə daha da qzışır”, - materialda deyilir.