Oxumeni.az saytına istinadən Icma.az xəbər verir. WSJ: Ukrayna sülhə hazır olduğunu elan etməyi planlaşdırır Ukrayna Rusiya ilə sülhə hazır
Bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti yazır.
“Rusiya ilə demək olar ki, üç il davam edən müharibədən yorulan Ukrayna sülhə hazır olduğunu elan etməyi planlaşdırır”, - nəşr yazır.
WSJ xatırladır ki, Ukrayna lideri Vladimir Zelenski bu yaxınlarda Ukraynanın NATO-ya üzv olmasına icazə veriləcəyi təqdirdə Ukraynanın atəşkəslə razılaşa biləcəyini açıqlamışdı.
Dövlət başçısı qeyd edib ki, Kiyev “diplomatik təzyiq” yolu ilə Ukrayna ərazisini geri qaytarmağa çalışacaq.
Əvvəllər həmin qəzet ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasının Ukrayna nümayəndə heyəti ilə danışıqlarda Ukraynanın NATO-ya üzvlüyünə “heç bir maraq göstərmədiyini”, lakin Kiyevə növbəti silah tədarükünü istisna etmədiyini yazmışdı.
Almaz Həsənli Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.