WSJ: “Ukraynada 3 ssenari mümkündür”

29.01.2026

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, “The Wall Street Journal (WSJ)” nəşrinin 2026-cı ildə Ukraynada hadisələrin inkişafı üzrə təsvir etdiyi üç ssenaridə belə deyilir.
1-ci ssenari: Müharibənin davamı.
Kreml hələ də Ukrayna ordusunun Rusiya iqtisadiyyatından əvvəl dağılacağına əmindir. Lakin Ukrayna hələ də dağılmaqdan uzaqdır.
Bununla belə, hər iki tərəf danışıqların dalana dirənməsi səbəbindən Trampın qəzəbindən qorxur. Ukraynanın hələ də ABŞ-nin kəşfiyyat məlumatlarına və digər dəstəyinə ehtiyacı var, Rusiya isə daha sərt sanksiyalara həssas vəziyyətdə qalır. Ona görə də hər bir tərəf özünü konstruktiv apardığını, müharibənin davam etməsində düşmənin günahkar olduğunu göstərməyə çalışır.
Ukrayna cəmiyyəti və rəhbərliyi üçün işğal olunmamış ərazilərin Rusiyaya verilməsi “qırmızı xətlərdən” biri olaraq qalır.
“Donbasın ruslara təhvil verilməsi ideyası belə görünür ki, onlar ərazini pulsuz əldə edəcəklər. Halbuki, əks halda onlar bunun üçün böyük ehtimalla daha yarım milyon insan itirəcəkdilər”, - Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodnyuk bildirib.
Ukrayna prezidenti Volodymir Zelenski Donbasın təhvil verilməsi üçün təzyiqlərə müqavimət göstərir və ərazi ilə bağlı istənilən sövdələşmənin Ukraynadakı Avropadakı hərbi bazalar da nəzərə alınmaqla təhlükəsizlik zəmanətlərindən, ən əsası isə ABŞ-nin dəstəyindən asılı olduğunu iddia edir.
2-ci ssenari: Ukrayna birinci təslim olur.
Kiyev üçün ən böyük risk Ukrayna Silahlı Qüvvələrinin tükənməsidir. Dövlətə sadiq fədəkar əsgərlər illərdir ki, istirahətsiz döyüşürlər, həvəssiz əsgərlər isə getdikcə daha çox fərarilik edir.
Ukrayna Silahlı Qüvvələri öz piyada çatışmazlığını davamlı olaraq pilotsuz təyyarə imkanlarını təkmilləşdirməklə kompensasiya edir, lakin Rusiya bu yaxınlarda pilotsuz təyyarələrdən istifadədə Ukraynanı geridə qoyub.
- Hərbi ekspertlər bu il döyüş meydanında vəziyyətin dəyişəcəyini gözləmirlər. Rusiyanın 2023-cü ilin sonundan bəri Donbasa praktiki olaraq davamlı hücumu hərbi tarixdə ən ləng və ən bahalı hücumlardan birinə çevrilib. Pilotsuz təyyarələrlə dolu səmalar genişmiqyaslı manevrləri praktiki olaraq qeyri-mümkün edib”, - nəşr vurğluayır,
Əgər Ukrayna öz qüvvələrini tükəndirsə, qəbul edilməsi çətin, lakin alternativdən daha yaxşı olacaq razılaşmaya getmək məcburiyyətində qala bilər.
Bu, Moskvanın ərazi tələblərinin təmin edilməsi, Ukraynanın hərbi gücünün məhdudlaşdırılması və ABŞ-nin yalnız zəif təhlükəsizlik zəmanətləri verməklə Rusiyanın ölkədəki həyata təsirinin bərpası ilə nəticələnə bilər.
3-cü ssenari 3. Rusiya yorulur.
Rusiya iqtisadiyyatı durğunlaşır, mülki sənayenin bir çox sahələri sıxılır. Neftin aşağı qiyməti, Ukraynanın Rusiyanın neftayırma zavodlarına zərbələr endirməsi, ABŞ və Avropanın onun “kölgə donanmasına” qarşı hərəkətləri Kremlin gəlirlərindən asılı olduğu enerji sektoruna təzyiq göstərir.
“Rusiyanın biznes elitası uzun müddətdir ki, müharibənin iqtisadiyyatı necə təhrif etdiyindən, onu hərbi istehsaldan, texnologiya və neftdə isə Çindən həddən artıq asılı vəziyyətə salmasından narazıdır. Bununla belə, prezident Vladimir Putinin elita və ya Rusiya cəmiyyətinin mənfi reaksiyasından narahat olduğuna dair hələ ki, heç bir əlamət yoxdur”, - qəzet diqqətə çatdırır.
Ancaq Rusiya sonsuzluğa qədər müharibə apara bilməz. Daha sərt sanksiyalar və onların daha ciddi icrası müharibənin sona çatmasını tezləşdirə bilər. Rusiya və ya hər iki tərəf müharibəni davam etdirə bilməyəcəkləri qənaətinə gəlsələr, danışıqlar daha ciddi razılaşma axtarışına çevrilə bilər.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью