Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"The Wall Street Journal" qəzeti öz mənbələrinə istinadən yazır ki, Vaşinqton belə bir ehtimalı Suriyanın separatçı kürd yaraqlılarına ("Suriya Demokratik Qüvvələri") qarşı tədbirlər görməsi fonunda düşünür. Çünki son aylar keçid hökumətinin Prezidenti Əhməd Əş-Şərəə ölkənin şimal-şərqində cəmləşmiş, ABŞ-nin dəstəklədiyi həmin yaraqlılara qarşı ciddi addımlar atır:
"Suriyanın şimal-şərqində 1000-ə yaxın ABŞ əsgəri var. Hökumətin tədbirləri nəticəsində "Suriya Demokratik Qüvvələri" dağıdılarsa, Vaşinqton bu ölkədə qoşun saxlamağa artıq ehtiyac duymayacaq. Bu çəkilmə ABŞ-nin 2014-cü ildə başlayan Suriya əməliyyatını başa çatdıracaq".
Xatırladaq ki, yanvarın 5-də separatçı Suriya Demokratik Qüvvələrinin Hələbin şərqində yerləşən polis məntəqəsinə pilotsuz uçuş aparatı (PUA) ilə hücumu nəticəsində üç hərbçi xəsarət alıb. Nəticədə Suriya Ordusu separatçılara qarşı cavab zərbələri endirib.
Türkiyə MN: "Dəməşqə dəstək verməyə hazırıq"
2025-ci ilin dekabr ayının 22-də Türkiyə nümayəndə heyətinin: xarici işlər naziri Hakan Fidan, kəşfiyyat rəhbəri İbrahim Qalın və müdafiə naziri Yaşar Gülərin paytaxt Dəməşqə səfəri nəticəsində Hələbdə vəziyyət gərginləşib. 2025-ci ilin 10 martında Suriyanın keçid hökumətinin Prezidenti Əhməd Əl-Şərəə ilə separatçıların komandiri Məzlum Əbdi arasında qüvvələrin birləşdirilməsinə dair razılaşma imzalanıbsa da, bu istiqamətdə hər hansı konkret addım atılmayıb.
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. "Suriyanın şimal-şərqində 1000-ə yaxın ABŞ əsgəri var. Hökumətin tədbirləri nəticəsində "Suriya Demokratik Qüvvələri" dağıdılarsa, Vaşinqton bu ölkədə qoşun saxlamağa artıq ehtiyac duymayacaq. Bu çəkilmə ABŞ-nin 2014-cü ildə başlayan Suriya əməliyyatını başa çatdıracaq".