WUF13 də ikinci minifutbol meydançası

21.05.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin təşkilatçılığı, QOLAT Sport Service və WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə əməkdaşlığı çərçivəsində “Dəniz Mall” qarşısında AFFA-ya məxsus 6×12 metr ölçüdə ikinci minifutbol meydançası qurulub.

Futbolpress.az xəbər verir ki, mayın 22-dək fəaliyyət göstərəcək meydançada AFFA-nın sosial layihələrində iştirak edən uşaqlar saat 15:00–19:00 aralığında müxtəlif futbol fəaliyyətlərinə qoşulacaqlar. Eyni zamanda, qonaqlar və futbolsevərlər də bu fəaliyyətlərdə iştirak edə biləcəklər.

Qeyd edək ki, əraziyə giriş sərbəstdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью