WUF13 də könüllülük imkanları barədə məlumat verilib

15.01.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

2026-cı il yanvarın 14-də QHT Agentliyində ötən ilin noyabrında keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun yüksək səviyyədə təşkilində yaxından köməklik göstərmiş könüllülərlə görüş keçirilib.

Agentliyin İdarə Heyətinin sədr müavini Elnur Bağırlı könüllülərə təşəkkür edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Eyni zamanda, 17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində Agentliyin təşkilatçılığı ilə keçiriləcək tədbirlərdə könüllülük fəaliyyəti üzrə iştirak imkanları və qeydiyyat prosesi barədə ətraflı məlumat verilib.

Görüşün sonunda fəaliyyəti ilə fərqlənən könüllülərə Agentlik adından təşəkkürnamələr təqdim olunub.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью