Icma.az, Azertag portalına istinadən məlumat verir. Bakı, 23 aprel, AZƏRTAC Bir çox beynəlxalq təşkilat və müxtəlif ölkələrin nümayəndələri
COP29 çərçivəsində təqdimatda iştirak edən Braziliya nümayəndə heyətinin üzvləri etiraf etdilər ki, ölkəmizdən öyrəniləcək çox şey var.
Hətta dedilər ki, bəlkə bu səviyyənin öhdəsindən gələ bilməyəcəklər, amma Azərbaycanın təcrübəsini mənimsəməyə çalışacaqlar.Bu barədə AZƏRTAC-a Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin COP29-un kommunikasiya və inkişafı üzrə əlaqələndiricisi Elçin Sərdarov məlumat verib.“Mən bu yaxınlarda müxtəlif görüşlərdə olmuşam, fərqli danışıqlarda iştirak etmişəm və mətbuatla tanış olmaq imkanım olub.
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyovun Azərbaycan və Braziliyanın 2024-cü ildə Bakıda baş tutan və 2025-ci ildə Belendə keçiriləcək konfranslar arasında qlobal maliyyələşməni təmin etmək məqsədilə marşrut təşkil etməyə hazır olduqları barədə çıxışına yerli və xarici mətbuatda çox müsbət reaksiyaları oxudum.
Braziliya nümayəndə heyəti də ümid edir ki, bu təşəbbüs digər ölkələrə də maliyyə cəlb etməyə imkan verəcək.
Təbii ki, ölkələrimiz arasında əməkdaşlıq üçün bir çox sahələr, o cümlədən kənd təsərrüfatı, mülki aviasiya, texnologiya, təhsil və enerji sektorları mövcuddur”, -deyə agentliyin həmsöhbəti qeyd edib.
Onun sözlərinə görə, COP29-da Braziliya nümayəndələrinin Azərbaycana necə hörmət və rəğbətlə yanaşdığını görmək mümkün olub: “Onlar COP29 könüllülərinin rolunu dəfələrlə qeyd ediblər.
Çünki COP29-da könüllülər yüksək peşəkarlıq nümayiş etdirərək bizim qonaqpərvərliyimizi və qonaqları qəbul etmək mədəniyyətimizi nümayiş etdirib, iştirakçılara diqqət yetirib, eyni zamanda, müxtəlif proqramlara qoşulub və ya onlara köməklik göstəriblər.