“X” dən imtina edən qurumların sayı artır | Icma.az
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İspaniyadakı bir çox qeyri-hökumət təşkilatı, o cümlədən ətraf mühit təşkilatları və İspaniya Universitetləri Rektorları Konfransı (CRUE), "X" sosial media tətbiqindən istifadəni dayandıracaqlarını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, “X”dən istifadəni dayandıracaqlarını elan edən “Yerin Dostları”, “Greenpeace” və “Ekology in Action” kimi ətraf mühit təşkilatları da daxil olmaqla QHT-lər, seçilmiş prezidentin andiçmə mərasimi zamanı bu platformadan imtina etmək qərarına gəliblər.
QHT-lər “X”dən ayrılmaq qərarına səbəb kimi “İlon Maskın ABŞ-də yeni hökumətin bir hissəsi olacağını və heç kimə cavab verməli olmayacağını” göstəriblər.
İspaniyadakı universitetlərin rektorlarının bağlı olduğu CRUE də “X”-in hazırda “antidemokratik oriyentasiyada” olduğunu və bunun “universitetlərin demokratik, etik və məsuliyyətli dəyərləri dəstəkləmək fəlsəfəsinə zidd” olduğunu bildirib.
Nigar Hacılı "Cebheinfo.az" Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu