​X ə hücum bu ölkədən təşkil edilib Mask

11.03.2025

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

X sosial media platformasına kiber hücum Ukraynadan təşkil edilib.

Metbuat.az xəbər verir ki, bu barədə İlon Mask açıqlama verib. O bildirib ki, dəqiq olmasa da, kiber hücumun Ukrayna qaynaqlı olduğu güman edilir. “Fox Business Network”ə müsahibə verən Maskın sözlərinə görə, X sistemini sıradan çıxarmaq üçün Ukrayna İP ünvanlarından istifadə etməklə kütləvi kiberhücum həyata keçirilib. Həmçinin Musk qeyd edib ki, hazırda platformada giriş problemi yoxdur.

Qeyd edək ki, X sosial media platformasına giriş problemi müşahidə edilib. Problem bir müddət aradan qaldırıldıqdan sonra yenidən X sosial media platformasına giriş problemi müşahidə edilib. 40 min istifadəçi X hesablarının işləmədiyi barədə məlumat paylaşmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью