“X Men” filminin aktyor heyəti açıqlandı

17.08.2026

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Marvel Studios" tərəfindən ərsəyə gətirilən yeni "X-Men" filminin aktyor heyəti rəsmən elan edilib.
Kulis.az xəbər verir ki, bu barədə “Disney” şirkəti keçirdiyi tədbirlərin birində məlumat yayıb.
Ekran işində Mister Sinister obrazını Adam Drayver, Profesor Ks obrazını Kristofer Ebbott canlandıracaq.
Heyətdə həmçinin Samara Vivinq, Kit Konnor, Inde Navarrette və Maya Boyd yer alıb.
Sedi Sink isə "Spider-Man: Brand New Day" filmində canlandırdığı "Jean Grey" obrazı ilə yeni "X-Men" filmində də tamaşaçı qarşısına çıxacaq.
Təqdimatı 5 may 2028-ci il tarixinə planlaşdırılan "X-Men" filmi ilə yanaşı, tədbirdə "Avengers: Doomsday", "Star Wars" seriyası, "Percy Jackson and the Olympians" serialının yeni mövsümü, eləcə də "Tangled", "Coco 2", "Oswald" və "The Bluey Movie" kimi layihələrdən ilk kadrlar nümayiş olunub.

"Amerika Prometeyi":Tarixin ən ziddiyyətli alimi Rus ordusunun ilk və yeganə müsəlman general-adyutantı - Kəngərlilər nəslindən olan Hüseyn xan Naxçıvanski kim idi? Bir-birinə qovuşa bilməyən aşiqlər - Kino tarixinin ən kədərli 10 sevgisi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью