“X Men” özünə klub alır

04.09.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hollivud ulduzu Hyu Cekman İngiltərənin “Norviç Siti” klubunun səhmlərini almaq niyyətindədir.

“Qafqazinfo” xəbər verir ki, “X-Men” filmindəki “Loqan” rolu ilə tanınan avstraliyalı aktyor bu barədə “Talksport”a müsahibəsində bildirib.

O, klubun həmtəsisçisi olmaq üçün artıq rəsmi danışıqlara başladığını gizlətməyib:

“Bu məsələdə çox maraqlıyam və hazırda danışıqlar aparıram. Bir neçə dəfə “Kerrou Rouda” (komandanın stadionu) getmişəm, bu komandanı çox sevirəm. Biz mütləq Premyer Liqaya yüksələcəyik, bu mənim proqnozumdur. İnanıram ki, həm “Norviç”, həm də “Rekshem” bu mövsüm Premyer Liqaya vəsiqə qazanacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью