X sosial şəbəkəsinin işində problemlər yaranıb

24.05.2025

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir neçə ölkədə "X" sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur.

Trend-in məlumatına görə, bu barədə internet resurslarının işinə nəzarət edən "Downdetector" xidmətinin saytında məlumat verilib.

Məlumata əsasən, istifadəçilərin 69%-i saytın işindən şikayət edir, 24%-i proqramda nasazlıqlar olduğunu qeyd edir, digər 8%-i isə serverlərə qoşulmaqda çətinlik çəkir.

Bildirilib ki, ABŞ-də təxminən 25,8 min istifadəçi problemlər barədə məlumat veriblər. Böyük Britaniya, Fransa, Yaponiya və digər ölkələrdə də nasazlıqlar qeydə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью