X turda 18 900 azarkeş lider yenə “Kəpəz” oldu

03.11.2026

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasında X turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az xəbər verir ki, turun 6 qarşılaşmasında ümumilikdə 18 900 tamaşaçı qeydə alınıb.
Ən çox azarkeş "Kəpəz" – "İmişli" qarşılaşmasında (1:0) olub. Gəncə şəhər stadionunda keçirilən matçı 10 500 tərəfdar tribunadan izləyib.
"Turan Tovuz" – "Sabah" (3:2) görüşündə 4000, "Qəbələ" – "Qarabağ" (0:0) oyununda 1500, "Şamaxı" – "Neftçi" (2:3) qarşılaşmasında 1300, "Sumqayıt" – "Şəfa" (1:1) matçında isə 1300 azarkeş stadionda olub.
Ən az tamaşaçı isə "Araz-Naxçıvan" – "Zirə" (2:2) görüşündə qeydə alınıb. Bu qarşılaşmanı cəmi 300 tərəfdar izləyib.
Qeyd edək ki, Misli Premyer Liqasında XI tura noyabrın 6-da start veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью