X (Twitter) tətbiqində problem

10.03.2025

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

X sosial media platformasında (keçmiş adıyla Twitter) dünya üzrə giriş problemləri yaşanır.

BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, X platformasının istifadəçiləri tətbiqə daxil olarkən problem yaşayırlar. İstifadəçilər axında "Bir problem meydana gəldi. Yenidən yükləməyi cəhd et" xəbərdarlığı ilə qarşılaşır. Masaüstü cihazlarda isə axın yenilənmir. Problemin dünya üzrə yayıldığı bildirilir.

"Downdetector" saytında, internet xidmətləri ilə bağlı real vaxtda problemləri izləyən platformada da X sosial media platformasında 12:20-dən sonra giriş problemi yaşandığı müşahidə edilib.

Bu mövzuda hələlik rəsmi bir açıqlama verilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью