Xabarovskda 2 medal

18.05.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Rusiyanın Xabarovsk şəhərində cüdo üzrə yeniyetmələr arasında Vasili Oşepkovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib.

Futbolpress.az xəbər verir ki, Azərbaycanı yarışda 5 idmançı təmsil edib. Komandamız turniri 1 qızıl və 1 bürünc medalla başa vurub.

Polad Həsənli (-81 kq) bütün görüşlərdən qalib ayrılaraq qızıl medalın sahibi olub. Zaməddin Bağırov (-66 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Turnirdə 13 ölkədən 300-dək cüdoçu mübarizə aparıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью