Xabarovskda Azərbaycan diasporunun dəstəyi ilə uşaq hokkey turniri keçirilib

26.04.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Moskva, 26 aprel, AZƏRTAC

Xabarovskda “Uzaq Şərq istedadı” uşaq hokkey turniri - Amur komandasının gənc idmançıları arasında 3x3 formatında daxili turnir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir “Azərbaycanlılar Birliyi” Xabarovsk Diyar Regional İctimai Təşkilatının fəal dəstəyi ilə keçib. İştirak edən komandaların adları Şərq mövzuları ilə bağlı olub. Belə ki, yarışda “Bakı dalğaları”, “Şərq küləyi”, “Dağ qartalları” və “Nağıl pəhləvanları” komandaları iştirak edib. “Azərbaycanlılar Birliyi” ictimai təşkilatının dəstəyi ilə yaradılmış “Bakı dalğaları” komandası xüsusi diqqət çəkib. Gənc hokkeyçilər turnir üçün xüsusi hazırlanmış geyimdə çıxış ediblər.

Bütün iştirakçılara “Birlik”dən hədiyyələr və təamlar təqdim olunub.

Təşkilatçılar turnirin uşaq idmanının inkişafında və Azərbaycan diasporunun gənc nümayəndələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində mühüm addım olduğunu vurğulayırlar. “Birlik” qeyd edib ki, layihə hokkey ənənəsinin formalaşması üçün əsas olacaq və ola bilsin ki, gələcəkdə Bakıda keçiriləcək turnirlər üçün stimul olacaq.

Yarışların yekununda “Bakı dalğaları” komandası fəxri 2-ci yerə layiq görülüb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью