Xabi Alonso Bayerdən gedəcək İdman və Biz

14.11.2024

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xabi Alonsonun yayda "Bayer"ı tərk edəcəyi xəbərləri yayılıb.

İdman.biz xəbər verir ki, ispaniyalı mütəxəssis daha iddialı kluba rəhbərlik etmək arzusundadır.

Ötən mövsümdə Leverkuzen təmsilçisinə tarixində ilk Almaniya çempionu titulunu qazanan Alonsonun iki seçimi var. Yayılan xəbərlərdə onun "Real" və ya "Bavariya"nın baş məşqçisi təyin olunacağı bildirilib.

Qeyd edək ki, "Bayer" Almaniya Bundesliqasında 10 turdan sonra 17 xal toplayıb. Alonsonun komandası lider "Bavariya"dan 9 xal geri qalır.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью