Xabi Alonso “Çelsi”də də məyus edir

19.09.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xabi Alonso “Çelsi”də də məyus edir

“Çelsi” yeni baş məşqçisi Xabi Alonsonun rəhbərliyi altında hələlik İngiltərə Premyer Liqasında istənilən səviyyədə çıxış edə bilmir.

QOL.az xəbər verir ki, ötən tur “Hall Siti” ilə matçda xal itirən London təmsilçisi 5-ci turda “Brentford”la səfər matçında böyük hesabla (0:3) uduzub. İndi komandanın 5 oyundan 7 xalı var və hazırda turnir cədvəlində 7-ci yerdə qərarlaşıb. 

İspaniyalı mütəxəssis bu görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, komandası daha yaxşı oynamalı idi:

“Hər şey, xüsusilə nəticə məyus etdi. Amma biz daha yaxşı oynamağa qadirik və daha yaxşı oynamalıyıq. İlk 45 dəqiqədə yaxşı mübarizə apardıq, amma ikinci hissədə oyunumuzda eniş oldu və üç qol buraxdıq.

Konsentrasiyanı qorumaq lazımdır. Standart vəziyyətdən qol buraxanda rəqib üstünlük qazanır və oyuna nəzarəti ələ keçirir. İkinci qoldan sonra vəziyyət daha da çətinləşdi. Cərimə meydançasının yaxınlığında intizamla bağlı müəyyən problemlərimiz yarandı. Bunu düzəltməliyik. Bunlar bizim səhvlərimiz idi”.

Xatırladaq ki, Xabi Alonso ötən mövsüm “Real”dakı uğursuz nəticələrdən sonra istefaya göndərilib. O, 2026/27 mövsündən başlayaraq “Çelsi”ni çalışdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью