Xabi Alonso “Çelsi”ni niyə seçdiyini açıqladı

08.08.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

“Çelsi”nin baş məşqçisi Xabi Alonso London klubuna rəhbərlik etmək qərarının səbəbini açıqlayıb.

Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis “Çelsi”nin dünyanın ən böyük klublarından biri olduğunu bildirib:

“Çelsi”ni niyə seçdim? Mən futbolu sevirəm, “Çelsi” isə dünyanın ən böyük klublarından biridir. Bu imkanı əldə etdiyim üçün qürur duyuram və bunu böyük şərəf hesab edirəm. Klubun böyük potensialı var. İndi məqsədim uğur qazanmaqdır”.

Qeyd edək ki, Xabi Alonso iyulun 1-də “Çelsi”nin baş məşqçisi təyin olunub. O, 2026-cı ildə London təmsilçisinin üçüncü baş məşqçisidir. Alonso bundan əvvəl Madrid “Real”ına rəhbərlik edib və 2026-cı ilin yanvarında İspaniya klubundan ayrılıb.

“Mançester Yunayted” kolumbiyalı istedadı transfer etdi “Real”dan İtaliya klubuna - RƏSMİ Mövsümöncəsi məşqlərə qatılmaqdan imtina edib Bundesliqadan A Seriyasına Sabiq "Fənərbaxça"lı Super Liqa klubunda
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью