Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Çelsi”nin baş məşqçisi Xabi Alonso braziliyalı hücumçu Estevao Villianın az oyun vaxtı almasının səbəblərini açıqlayıb.
İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis Premyer Liqanın doqquzuncu turunda “Mançester Yunayted”lə keçiriləcək görüşdən əvvəl təşkil olunan mətbuat konfransında gənc futbolçunun vəziyyətinə münasibət bildirib.
“Əlbəttə, o, oynayacaq. Mövsüm uzundur və hər kəsin öz şansı olacaq. Bu, həm komanda, həm Estevao, həm də şəxsən mənim üçün bir prosesdir. Əminəm ki, mövsüm ərzində onun da oyunları və kifayət qədər oyun vaxtı olacaq”, - deyə Alonso vurğulayıb.
Baş məşqçi Estevaonun məşqlərdəki münasibətindən razı qaldığını deyib:
“Onun işə münasibəti ilə bağlı heç bir problem yoxdur. Məsələ mövsümün başlanğıcındakı oyunların şəraiti ilə əlaqədardır. Estevao çox yaxşı oğlandır. Komandadakı ilk ilində yaşadığı zədələrdən sonra uyğunlaşmağa çalışır. Amma hələ oktyabr ayıdır, o, bizə kömək edəcək”.
Alonso braziliyalı futbolçunun yanvar ayında başqa kluba icarəyə göndərilməsi ehtimalı barədə suala da konkret cavab verib:
“Xeyr, bu mövzuda heç bir müzakirə aparılmır”.
Qeyd edək ki, “Çelsi” oktyabrın 31-də Premyer Liqanın 9-cu turunda “Mançester Yunayted”i qəbul edəcək.