Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir. Xabi Alonsonun gələcəyi ilə bağlı müxtəlif xəbərlər dolaşır.
İspaniya La Liqasında ardıcıl üç heç-heçədən sonra liderliyi “Barselona”ya təhvil verən “Real”ın baş məşqçisinin kreslosunun laxladığı iddia olunur."Football-plus.az" xəbər verir ki, klubun daxilində onun fəaliyyəti ilə bağlı fikir ayrılıqları yaranıb.
Bəzi futbolçular mütəxəssisin metodlarına şübhə ilə yanaşsalar da, bir qrup oyunçu uğursuzluğun səbəbini baş məşqçidə görmür.
Bundan başqa, komandadakı problemlərin kökündə Kilian Mbappe, Vinisius Junior və Cud Bellingem kimi futbolçuların taktiki uyğunsuzluğu da səbəblərdən biri kimi göstərilir.İspaniyalı mütəxəssis üçün qarşıdakı oyunların, xüsusilə “Atletik”lə matçın həlledici olacağı bildirilir.
“Real” hazırda La Liqanın turnir cədvəlində lider “Barselona”dan 1 xal geri qalmaqla 2-ci yerdədi.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.