Xabi Alonso hələ qərarını verməyib

29.03.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Bayer”in baş məşqçisi Xabi Alonso klubdakı gələcəyi haqda danışıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “Bohum”a qalib gəldikləri Bundesliqa oyunundan (3:1) sonra bunları deyib:

“Hələ qərarımı verməmişəm. Çünki indi o durum deyil. Bütün diqqətim mövsümdədir. Yalnız növbəti oyun haqda düşünürük”.

“Bayer” çempionatda 27 turdan sonra 59 xalla ikinci sıradadır. Leverkuzen təmsilçisi lider “Bavariya”dan 3 xal geri qalır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью