Xabi Alonso keçmiş komanda yoldaşının məşqçisi olacaq

19.05.2025

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yarımmüdafiəçi Luka Modriç çox güman ki, "Santyaqo Bernabeu"da qalacaq. Xabi Alonso xorvatiyalı ilə müqavilənin uzadılmasını istəyib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 2018-ci ilin “Qızıl topu”nun qalibi yayda “Real”ı tərk edə bilər. Modriçin Madrid klubu ilə müqaviləsi iyunun 30-dək qüvvədədir. O, yaxın vaxtlarda Florentino Pereslə gələcəyini müzakirə etmək üçün görüşməlidir və maaşının azaldılmasına hazırdır.

Modriç 2012/13 mövsümündən əvvəl “Real”a  keçib. Xabi Alonso xorvatiyalı ilə iki ili Bernabeuda keçirib. Ötən il təcrübəli yarımmüdafiəçi "Kral klubu" ilə 1 illik müqavilə imzalayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью