Xabi Alonso “Liverpul”dan dörd futbolçunun transferini tələb edir

27.01.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İspaniyalı mütəxəssis Xabi Alonso “Liverpul”a mümkün təyinatı ilə bağlı rəhbərliyə tələblərini çatdırıb.

İdman.Biz xəbər verir ki, “Indykaila New”ın məlumatına görə, ispan mütəxəssis komanda ilə əməkdaşlığa yalnız heyətin əhəmiyyətli dərəcədə gücləndirilməsi şərti ilə razılaşmağa hazırdır.

Onun transfer siyahısına “Tottenhem”dən müdafiəçi Mikki van de Ven, “Kristal Pelas”dan yarımmüdafiəçi Adam Uorton, eləcə də PSJ-dən Bredli Barkola və “Bavariya”dan Maykl Olise daxildir.

Bildirilir ki, Alonso rəhbərliyə yüksək səviyyəli futbolçuların cəlb olunmasının vacibliyini xüsusi vurğulayıb. Daha əvvəl “Liverpul” nümayəndələrinin Alonso ilə ilkin və müsbət təmaslar qurduğu və mütəxəssisin kluba gəlməyə qarşı olmadığı açıqlanmışdı.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью