Xabi Alonso məşqçilik karyerasında ilk dəfə dronlardan istifadə edib

20.06.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 20 iyun, AZƏRTAC

İspaniyanın “Real Madrid” klubunun yeni baş məşqçisi Xabi Alonso hazırlıq prosesində yeniliyə imza atıb.

AZƏRTAC “Marca”ya istinadən xəbər verir ki, gənc mütəxəssis ilk dəfə komandasının məşqini izləmək üçün dronlardan istifadə edib.

43 yaşlı çalışdırıcının bu addımı hazırlıq prosesinə ümumi baxış keçirmək və məşqlərin ən kiçik detallarını belə, analiz etmək məqsədi daşıyır.

Qeyd edək ki, Xabi Alonso bu yaxınlarda “Real Madrid”ə baş məşqçi təyin olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью