Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna millisinin və İngiltərənin “Çelsi” futbol komandasının cinah hücumçusu Mixaylo Mudrik müsbət dopinq testindən sonra təxminən iki illik fasilənin ardından meydana qayıtmaq hüququ əldə edib.
İdman.Biz “Reuters”əs istinadən xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası futbolçunun intizam işi ilə bağlı prosesi Ümumdünya Antidopinq Agentliyi ilə razılaşma əsasında yekunlaşdırıb. Sonuncu dəfə 2024-cü ilin noyabrında “Çelsi”nin formasını geyinən Mudrikə dərhal yarışlara qayıtmağa icazə verilib.
London təmsilçisinin baş məşqçisi Xabi Alonso xəbəri sevinclə qarşıladığını bildirib:
“İlk növbədə onun adına çox sevinirəm. Uzun müddət tək məşq etdiyi üçün özünü komandanın bir hissəsi kimi hiss etməsini istəyirik. Uzun müddətdir oynamadığına görə gələcəyi ilə bağlı vəziyyəti dəyərləndirməliyik”.
Mudrik “Çelsi”nin mövsümöncəsi hazırlıq turnesinin növbəti mərhələsi üçün Honqkonqda komandaya qoşulacaq. Alonso belə bir xəbəri gözləmədiklərini də vurğulayıb.