Xabi Alonso qərarını verib: Addım addım Madridə

29.04.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso gələcəyi ilə bağlı qərar verib.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, "Real Madrid" ispaniyalını mayın sonunda postunu tərk edəcək Karlo Ançelottinin əvəzedicisi kimi görür.

İddialara görə, "Bayer"in çalışdırıcısı artıq qərarını verib - o, yayda "kral" klubuna rəhbərlik edəcək. Tərəflər arasında razılaşma əldə olunmaq üzrədir.

Yaxın günlərdə Alonso Leverkuzen klubunun rəhbərliyi ilə görüşərək ayrılmaq niyyətində olduğunu açıqlayacaq.

Qeyd edək ki, Xabi 2022-ci ilin oktyabrından “Bayer”ə rəhbərlik edir. Məşqçinin hazırkı müqaviləsi 2025/26 mövsümünün sonuna qədərdir.
 

“Aston Villa”da ciddi itki Fransa millisinin üzvü “Vest Hem”də qalacaq CIES ən yaxşıları açıqlayıb - Siyahıda 2 türkiyəli var "Real Madrid" müdafiəçi axtarışında "Trabzonspor"un futbolçusu "Beşiktaş"ın radarına düşüb
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью