Xabi Alonso Qvardiolanı əvəz edə bilər

09.01.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Xabi Alonso Qvardiolanı əvəz edə bilər

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın klubdan ayrılması gündəmə gəlib.

QOL.az "Footballtransfers"ə istinadən xəbər verir ki, "Real"ın baş məşqçisi Xabi Alonso onu əvəzləyə bilər.

Məlumata görə, Qvardiolanın klubla müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulsa da, təcrübəli mütəxəssisin gələcəyi qeyri-müəyyən olaraq qalır. Son vaxtlar İngiltərə təmsilçisindən mövsümün sonunda ayrılacağı barədə söz-söhbətlər artıb. Eyni zamanda, “Real”ın da Alonso ilə yollarını ayırmaq ehtimalı var, çünki baş məşqçi Madrid klubunda sabitliyi təmin edə bilməyib.

Qeyd edək ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edir. Alonso isə Madrid klubunu ötən yaydan çalışdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью