Xabi Alonso Real ın aparıcı üzvü haqda: Əvəzolunmaz futbolçudur

22.10.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Real"ın (Madrid) baş məşqçisi Xabi Alonso Çempionlar Liqasının 3-cü turunun "Yuventus"la oyunu öncəsi komandasının braziliyalı hücumçusu Vinisius Junior haqda danışıb. 

Sportal.az UEFA-ya istinadən xəbər verir ki, Alonso "kral klubu"nun aparıcı futbolçusu barədə bunları deyib:

"Vinisius görkəmli və əvəzolunmaz futbolçudur, həlledici oyunçudur. Onun oyundan həzz aldığını və gülümsədiyini görməkdən şadam. Vinisiusun yarada biləcəyi təsir və matçın gedişatını necə dəyişə biləcəyi barədə danışdıq. Bizə onun oyuna diqqətini cəmləməsi və ən yaxşı etdiyi şeyə ehtiyacımız var. O, matçlarda əla çıxış edir".

Bu mövsüm Vinisius bütün turnirlərdə klubun heyətində 11 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью