Xabi Alonso təsdiqlədi

28.01.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Bayer"in baş məşqçisi Xabi Alonso futbolçusu Viktor Bonifeysin "Əl-Nəsr"ə keçidi ilə bağlı danışıqların olduğunu təsdiqləyib. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Mütəxəssis bildirib:

"Bu var və mən bunu başa düşürəm. Klublar arasında danışıqlar gedir. Biz gözləməliyik. Əlbəttə ki, oyunlara Bonifeyssiz hazırlaşırıq". 

Qeyd edək ki, Viktor Bonifeys 2023-ci ilin yayından "Bayer"də çıxış edir. O, bu mövsüm ərzində 15 oyuna çıxaraq 8 qol vurub və 1 qolun ötürməsini edib. 24 yaşlı hücumçunun Leverkuzen təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью