Xabi Alonsonun “Real”da görmək istədiyi 3 futbolçu

30.04.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Leverkuzen "Bayer"inin baş məşqçisi Xabi Alonsonun "Real"a keçəcəyi təqdirdə kimi transfer etmək istədiyi bəlli olub. 

QOL.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 

43 yaşlı mütəxəssis Almaniya klubunun iki futbolçusunu — müdafiəçi Conatan Ta və yarımmüdafiəçi Florian Virtsin heyətinə cəlb etmək istəyir. Həmçinin Alonso "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Subimendinin keçidində də maraqlıdır.

Qeyd edək ki, daha öncə mətbuatda Xabi Alonsonun "Real"la müqavilə bağlamağa yaxın olduğu ilə bağlı xəbərlər yayılmışdı. O, mövsümün sonunda "kral klubu"nun baş məşqçisi ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью