Xabi Alonsonun təqdimat vaxtı məlum oldu

23.05.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Bayer”dən ayrılan Xabi Alonso “Real”ın yeni baş məşqçisi olacaq.

Futbolpress.az xəbər verir ki, “Marca” nəşri mütəxəssisin təqdimat mərasiminin keçiriləcəyi vaxtı açıqlayıb. Tədbir mayın 26-da klubun məşq bazasında olacaq.

43 yaşlı mütəxəssislə müqavilə 3 illik olacaq.

Xabi futbolçu kimi 2009-2014-cü illərdə “Real”da oynayıb. O, La Liqanı, 2 dəfə İspaniya Kubokunu, İspaniya Superkubokunu, UEFA Çempionlar Liqasını və UEFA Superkubokunu qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью