Xabi Alonsso istefaya göndərilə bilər

01.12.2025

Icma.az, Sportal.az saytına istinadən bildirir.

"Real"ın baş məşqçisi Xabi Alonsonun klubdakı gələcəyi şübhə altına düşüb.

Sportal.az xəbər verir ki, rəhbərlik komandanın son oyunlarda göstərdiyi nəticələrdən narazıdır. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

İspaniyalı mütəxəssis yaxın zamanda istefaya göndərilə bilər. 44 yaşlı çalışdırıcının taleyi La Liqanın 15-ci turunun "Atletik"lə matçından asılıdır. "Kral klubu" iki gün sonra keçiriləcək görüşdə xal itirsə, baş məşqçi ilə yolların ayrılmaq ehtimalı yüksəkdir.

Qeyd edək ki, Xabi Alonso mövsümün əvvəlində "Real"ın baş məşqçisi postuna təyin olunub. Madrid təmsilçisi İspaniya çeempionatında keçirdiyi son üç qarşılaşmada heç-heçə edib.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью